Azərbaycan klubunda yeni prezident

16:54 - 18 Avqust 2016

Birinci divizion klubu "Şəmkir"in prezidenti dəyişib.

 

Sportal.az xəbər verir ki, klub bununla bağlı bəyanat yayıb:

 

Bəyanatda deyilir: "Fərid Hüseyinov şəxsi işləri ilə əlaqədar aktiv prezidentlik vəzifəsindən fəxri prezident vəzifəsində keçmişdir. Komanda ona göstərdiyi fəaliyyətə və etdiyi köməklikliklərə görə təşəkkürünü bildirir və gələcək işlərində uğurlar arzulayır. Klubun yeni prezidenti vəzifəsinə isə Elvin Səfərli təyin olunub və "Şəmkir" FK onun rəhbərliyi ilə fəaliyyətini davam etdirəcək.

 

Bununla yanaşı, ictimaiətin diqqətinə çatdırırıq ki, komandamızın 2016/17 mövsümündə futbol üzrə 1-ci divizionda oynayacağı da təsdiqlənmişdir. Bu münasibətlə bütün şəmkirliləri və klubumuzn azarkeşlərini təbrik edirik".

Xəbər xətti