“Qarabağ”ın hücumçu Dino Ndlovuya görə Kiprin “Anortosis” klubuna daha 100 min avro ödəyəcəyini xəbər vermişdik.
Ağdam klubu Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandığı üçün müqavilədə yer alan bəndə əsasən bu məbləği verməli idi.
Sportal.az-a açıqlama verən “Qarabağ”ın icraçı direktoru Əmrah Çəlikəl məsələyə aydınlıq gətirib:
“Mətbuatda yer alan məlumatlara cavab verən bilmərəm. Bu, futbolçu ilə bizim aramızda olan müqavilənin bəndidir. Ətraflı danışa bilmərəm”.
Qeyd edək ki, “Qarabağ” Dino Ndlovuya görə “Anortosis”ə ilkin olaraq 350 min avro ödəmişdi.
saytlarin hazirlanmasi