"Qarabağ" Avropa Liqasının qrup mərhələsinda ilk oyununu Tofiq Bəhramov adına Respublika stadionunun ot örtüyündə yaranan problemlərə görə, Olimpiya stadionu və ya "Dalğa Arena"da keçirəcəyi barədə xəbər vermişdik.
Sportal.az xəbər verir ki, sentyabrın 1-i - sabah UEFA tərəfindən xüsusi nümayəndə heyəti gələcək və qarşılaşmanın "Dalğa Arena"da keçirilib-keçirilməməsi barədə son qərarı verəcək.
Qeyd edək ki, "Qarabağ" - "Slovan" matçı sentyabrın 15-i saat 19:00-da start götürəcək.
saytlarin hazirlanmasi