Ötən mövsüm "Rəvan"da çıxış edən Cəmşid Məhərrəmovun yeni klubunun adına aydınlıq gəlib.
Sportal.az xəbər verir ki, təcrübəli futbolçu karyerasını I Divizionda davam etdirəcək. Milli komandamızın sabiq üzvü "Şəmkir"lə razılığa gəlib. Tərəflər arasında 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, 33 yaşlı müdafiəçi karyerası ərzində "Karvan", "Bakı", "Kəpəz", "Rəvan" kimi klublarda çıxış edib.
saytlarin hazirlanmasi