I Divizionda mübarizə aparan "Şəmkir" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, əyalət təmsilçisi "Bakı"dan ayrılan Tural Adıgözəlovu heyətinə cəlb edib. Müdafiəçi ilə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, "Neftçi"nin yetirməsi olan Tural Adıgözəlov son mövsümü "Bakı"da keçirib. O, 2014/15 mövsümündə "Zirə"də çıxış edib.
saytlarin hazirlanmasi