Azərbaycan I Divizionunda iddialılar sırasına qoşulmağı hədəfləyən "Şəmkir" heyətini gücləndirməkdə davam edir.
Sportal.az xəbər verir ki, qərb bölgəsinin təmsilçisi son olaraq Azərbaycanda "Simurq"da çıxış etmiş Salif Ballo ilə anlaşıb.
Bundan əlavə, "Şəmkir" "Xəzər Lənkəran"ın sabiq futbolçusu Sadio Tounkara ilə də razılığa gəlib. Hər iki futbolçu yaxın günlərdə Azərbaycanda gələrək rəsmi müqavilə imzalayacaqlar.
Qeyd edək ki, "Şəmkir" bunadək "Xəzər Lənkəran"ın sabiq futbolçuları Kazım Kazımlı və Elvin Mirzəyevi də transfer edib. Son mövsümü "Bakı"da keçirən Tural Adıgözəlovla da 1 illik müqavilə imzalanıb.