UEFA Aç-2016-da iştirak edən futbolçuların çıxış etdiyi klublara pul ayırıb.
Sportal.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qurum 659 kluba pul ayıracaq. UEFA-nın yarışlar üzrə direktoru Corcio Marketti 659 kluba 150 milyon avro ayrılacağını bildirib. O, 100 milyon avronun final, 50 milyon avronun isə seçmə mərhələdə iştirak edən futbolçuların klublarına ödəniləcəyini qeyd edib:
“Bu pul bütün klublar arasında bölünəcək. 600-dən çox kluba pul ayrılması ilk dəfədir. Bu pullar Avropa futbolunun inkişaf etməsinə böyük kömək olacaq”.
UEFA-nın ayırdığı puldan “Qarabağ”a da çatacaq. Belə ki, Ağdam təmsilçisinin müdafiəçisi Ansi Aqolli Albaniya yığmasının heyətində AÇ-2016-nın final mərhələsində çıxış edib.