I Divizionda limit müəyyənləşdi

16:56 - 6 Sentyabr 2016

Bu gün  birinci divizionda yaş və legioner limitinin müəyyənləşdirilməsi ilə bağlı AFFA-nın inzibati binasında AFFA, PFL və Məşqçilər Komitəsinin birgə iclası keçirilib.

 

Sportal.az AFFA-nın saytına istinadən xəbər verir ki, aparılmış müzakirələrdən sonra aşağıdakı qərar qəbul olunub:

 

- Birinci divizionda 2016-2017-ci il mövsümündə limit 5 yerli futbolçu (təvəllüdü 1994-cü il və sonra), 4 yerli futbolçu yaş məhdudiyyəti olmadan və 2 legioner olmaqla müəyyənləşsin.

 

- Birinci divizion klublarına yerli qapıçıların xidmətindən yararlanmaq tövsiyə olunub.

Xəbər xətti