Legioner limiti 2017-də qüvvəyə minir

12:12 - 7 Sentyabr 2016

Futbol üzrə birinci divizionda yeni qəbul olunmuş limit 2017-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

 

Sportal.az AFFA-nın saytına istinadən xəbər verir ki, buna PFL-in AFFA-ya müraciəti səbəb olub. Belə ki, Peşəkar Futbol Liqasının müraciətinə əsasən, birinci divizionda legioner limiti 2017-ci il yanvarın 1-dək 6+4+1 (6 legioner, 4 yerli və 1 yerli 1994-cü il təvəllüdlü və daha gənc təvəllüdlü) sisteminə uyğun tətbiq olunacaq.

 

Dünən verilmiş 5+4+2 (5 yerli futbolçu (təvəllüdü 1994-cü il və sonra), 4 yerli futbolçu yaş məhdudiyyəti olmadan və 2 legioner) sistemi mövsümün ikinci yarısından etibarlı olacaq.

Xəbər xətti