"Qarabağ"ın yeni transferi üçün debüt şansı

12:26 - 9 Sentyabr 2016

Bu gün Azərbaycan Premyer Liqasında IV tura start veriləcək. 

 

Sportal.az xəbər verir ki, turun ilk oyun günündə "Qarabağ" "Əlincə Arena"da AZAL-ı qəbul edəcək. Ağdam təmsilçisinin yeni transferi Boyan Şaranovun bu gün yeni komandasında debüt edəcəyi gözlənilir.

 

İbrahim Şehiç Bosniya və Herseqovina millisinin düşərgəsindən yeni qayıtdığından "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun "təyyarəçilər"lə sınaqda çərçivəni Boyan Şaranova həvalə edəcəyi gözlənilir.

 

Xatırladaq ki, "Qarabağ" yay transfer pəncərəsinin son günlərində Boyan Şaranovu "Partizan"dan heyətinə qatıb. O, Ağdam klubunda 1 nömrəli formanı seçib.

Xəbər xətti