FİFA daha bir klubumuzu cəzalandırdı

12:41 - 14 Sentyabr 2016

FIFA 22.08.2016-cı il tarixində AFFA-ya məktub ünvanlayaraq FIFA-nın Nizam-İntizam Komitəsinin “Rəvan” klubu haqqında qərar qəbul etdiyini bildirib.


Sportal.az xəbər verir ki, qərarda “Rəvan” klubu ilə həmin klubda çıxış etmiş futbolçu Milos Adamovic arasında bağlanmış müqavilə şərtlərinə klubun riayət etmədiyi səbəbindən klubun cari mövsüm aktivindən 3 xal silinməsi göstərilmişdir.

 

Qeyd edək ki, paytaxtın digər klubu "İnter"ə 2017-ci ilin qış və yay dönəmi üçün transfer qadağası qoyulub.

 

Əlavə edək ki, 1-ci divizionda 2016-17 mövsümünün cəmi 1 turu geridə qalıb. İlk turda məğlubiyyətə düçar olan "Rəvan” mübarizəni -3 xalla davam etdirəcək.

Xəbər xətti