Malili futbolçular Sadio Tounkara və Salif Ballonun yenidən Azərbaycanda oynamaq imkanı yaransa da, bu, baş tutmayıb.
Sportal.az xəbər verir ki, hər iki futbolçu birinci divizionda mübarizə aparan "Şəmkir"ə keçməkdən imtina edib. Buna səbəb tərəflər arasında maliyyə məsələlərində razılığın əldə olunmamasıdır.
Qeyd edək ki, Tounkara 2012-16-cı illərdə "Xəzər Lənkəran"da, Ballo isə vaxtı ilə "Simurq" və "Turan"da çıxış edib.
saytlarin hazirlanmasi