Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Sportal.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, İK Azərbaycan Birinci Divizionunun 1-ci turunda baş verən qayda pozuntuları ilə bağlı müvafiq qərarlar qəbul edib.
I Divizionun I turunun “Rəvan” – “Turan Tovuz” matçında ev sahibi “Rəvan” klubu oyunu top daşıyan uşaqlarla təmin etmədiyinə görə 80 manat cərimə olunur.
I Divizionun I turunun “Zaqatala” – “Şahdağ” matçında “Şahdağ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur
saytlarin hazirlanmasi