"Bizi olduqca çətin oyun gözləyir. Avropa Liqasında asan rəqib yoxdur. Bu mərhələyə qədər gələn komandaların hamısı güclüdür. Yaxşı oyun göstərmək üçün əlimizdən gələni edəcəyik. "Qəbələ"yə də uğurlar arzu edirik".
Sportal.az xəbər verir ki, bu fikirləri "Qarabağ"ın futbolçusu Riçard Almeyda Avropa Liqasının qrup mərhələsində Çexiyanın "Slovan" klubu ilə keçiriləcək oyundan əvvəl təşkil olunmuş mətbuat konfransında deyib.
Braziliyalı yarımmüdafiəçi bir neçə gün əvvəl "Slovan"ın məşqçisinin söylədiyi "İmkanım olsa, Almeydanı öz komandama dəvət edərdim" fikrinə də münasibət bildirib: "Onun fikirlərinin oyunuma heç bir təsiri yoxdur. Öz baş məşqçimin göstərişinə əsasən öz oyunumu oynayacam".
Almeyda əvvəlki performansını göstərmədiyi ilə bağlı suala belə cavab verib: "Mənə elə gəlir ki, siz oyunumu yaxşı analiz edə bilmirsiniz. Çünki hər oyunda tapşırığı yerinə yetirirəm".
saytlarin hazirlanmasi