Qara Qarayev: "Buraxdığımız qol şanssızlıq əsəri oldu"

00:19 - 16 Sentyabr 2016

"Şükürlər olsun ki, belə bir turnirə xalsız başlamadıq. Düzdü, uduzmaq şansımız var idi.  Düşünürəm ki, qazanılan 1 xal bizim uğurumuzdu. İnşallah bu, qrupda keçirdiyimiz ən zəif oyunumuz olar."

 

Sportal.az xəbər verir ki, bu sözlər "Qarabağ"ın futbolçusu Qara Qarayevə məxsusdu. 
 
"Qarabağ" Avropa Liqasının qrup mərhələsinin ilk turunda Çexiyanın "Slovan" klubunu qəbul edib. "Dalğa Arena"da baş tutan matç 2-2 hesablı bərabərliklə başa çatıb. 
 
24 yaşlı yarımmüdafiəçi bildirib ki, buraxılan qollarda "Qarabağ"ın şansı gətirməyib: "Biz rəqibi yaxşı analiz etmişdik. Biz onların bütün nöqtələrdə necə oynayacaqlarını bilirdik.  Buraxdığımız qol şanssızlıq əsəri oldu. Heç nə etmədilər və ani bir epizodda qol vurdular. Düzdü, "Slovan"" dayanan komanda olmasa da, sonda dayandılar".
 
Millimizin üzvü stadion amilinin komandaya təsir göstərmədiyini vurğulayıb: "Düşünmürəm ki, stadion amili nəticəyə təsir etdi. Ancaq ot örtüyündə müəyyən qədər problemlər var idi. Bəlkə də, "Tofiq Bəhramov"da oynasaydıq daha çox dəstəkçimiz olacaqdı. Respublika stadionuna daha çox alışmışıq deyə, oranı özümüz üçün rahat hiss edirəm".
 
Futbolçu "Qarabağ"ın yeni transferi Dino Ndlovunun oyunu haqqında danışıb: "Ola bilər ki, Dino komandamıza tam uyğunlaşmasın. Dino bunu aradan götürmək üçün məşqlərdə çox çalışır. Ümid edirəm ki, növbəti oyunlarda o, daha yaxşı oynayacaq".
 
Qara Qarayev çexlərlə oyunların uğursuz olması məsləsinə də toxunub: "Uğursuzluğu bizə Miroslac Zelinka yaşatdı. Çalışacağıq ki, "Slovan"la səfər oyununda çexlərə qarşı tilsimi qıraq".

Xəbər xətti