"Qarabağ"a zədəlilərdən şad xəbər

12:42 - 22 Sentyabr 2016

Premyer Liqanının V turunda “Zirə” ilə qarşılaşmada zədələnərək matçı yarımçıq tərk edən "Qarabağ"ın futbolçuları Muarem Muarem və  Əfran İsmayılovun vəziyyətinə aydınlıq gəlib.

 

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, hər iki futbolçunun zədəsi ciddi deyil və dünəndən etibarən komandayla məşqdə iştirak ediblər.

 

Ağdam təmsilçisinin digər zədəli futbolçusu Bədavi Hüseynov da fərdi məşqləri yekunlaşdıraraq kollektivlə çalışmalara başlayıb.

Xəbər xətti