"Qarabağ" səfərə yollanır

12:57 - 27 Sentyabr 2016

Ölkəmizi Avropa Liqasında təmsil edən “Qarabağ” qrup mərhələsinin ikinci turunda İtaliyanın “Fiorentina” klubunun qonağı olacaq.

 

Sportal.az xəbər verir ki, Ağdam təmsilçisi bu gün İtaliyaya yola düşəcək. Əldə etdiyimiz məlumata görə, “atlılar” axşam saatlarında Florensiyaya uçacaq. “Qarabağ”ın səfəri çarter reysi ilə baş tutacaq. Ağdam klubu gecə saatlarında məskunlaşacağı otelə çatacaq. Sabah isə oyunun keçiriləcəyi stadionda Ağdam klubunun məşqi və baş məşqçi Qurban Qurbanovun mətbuat konfransı nəzərdə tutulub.

 

Qeyd edək ki, “Fiorentina” – “Qarabağ” oyunu sentyabrın 29-da keçiriləcək.

Xəbər xətti