"Qarabağ" İtaliyada məşqə çıxdı FOTO

00:15 - 29 Sentyabr 2016

"Qarabağ" Avropa Liqasının qrup mərhələsinin ikinci turunda sabah səfərdə "Fiorentina" (İtaliya) klubunun qonağı olacaq.

 

Sportal.az xəbər verir ki, Ağdam təmsilçisi bu gün oyunöncəsi son məşqinə çıxıb.  Son hazırlıq qarşılaşmanın keçiriləcəyi "Artemio Franki" stadionunda baş tutub və təxminən 1 saat davam edib. Hazırlıqda bütün futbolçular iştirak edib.

 

Qeyd edək ki, "Fiorentina" - "Qarabağ" matçı sabah Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

 

 

 

Xəbər xətti