Qurban Qurbanov: "Buna görə təəssüflənmirəm"

01:10 - 30 Sentyabr 2016

"İlk 20 dəqiqədə yaxşı çıxış etdik. Buna görə təəssüflənmirəm. Amma qalan 70 dəqiqə ərzində daha yaxşı və maraqlı oynaya bilərdik".

 

Sportal.az "Report"a istinadən xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin II turu çərçivəsində "Fiorentina"ya 1:5 hesablı məğlubiyyətdən sonra deyib.

 

O bildirib ki, "Fiorentina"nın yaxşı oyunçuları və dayanmadan taktiki dəyişikliklər edən Paulu Souza kimi dahi baş məşqçisi var". Qurbanovun fikrincə, görüş saat 23:05-də başlasaydı, oynamaq daha çətin olacaqdı. 

 

Baş məşqçi "Qarabağ" üçün Avroliqada hər şeyin hələ başa çatmadığını və irəlidə 4 oyunun olduğunu da xatırladıb:

 

"Bizim Avropada gözəl təcrübəmiz var. Buna görə də, biz belə ciddi uğursuzluqlara öyrəşmişik".

 

Qeyd edək ki, 30-cu dəqiqədə Elvin Yunuszadənin qovulmasından sonra azlıqda qalan "Qarabağ" "Fiorentina"ya 1:5 hesabı ilə uduzub.

Xəbər xətti