"Komandamızın qarşısına qoyduğu əsas vəzifə Premyer Liqaya yüksəlməkdir"

13:45 - 1 Oktyabr 2016

Azərbaycan I Divizionunda IV tura yekun vurulub.

 

Sportal.az xəbər verir ki, "Şəmkir" səfərdə "Zaqatala"nı 2:1 hesabı ilə məğlub edib. Oyundan sonra "Şəmkir"in baş məşqçisi Qəhrəman Əliyev qələbə haqda danışıb:

 

"Çətin və maraqlı oyun oldu. Qələbə qazansaq da, asan başa gəlmədi. "Zaqatala" zəif komanda deyil. Yaxşı futbolçuları var. Amma biz bu gün meydanın hər nöqtəsində 3 xal üçün mübarizə apardıq. Bu qələbəyə layiq idik".

 

Təcrübəli baş məşqçi artıq bütün diqqətlərinin "Turan Tovuz"la oyuna yönəldiyini bildirib: "Artıq bu oyunu unutmalıyıq. Çünki qarşıda bizi daha çətin bir oyun gözləyir. "Turan Tovuz" hazırda turnir cədvəlinin lideridir. Buna baxmayaraq biz 3 xal qazanmaq üçün meydana çıxacağıq".

 

Mütəxəssis bu oyunun yerli azarkeşlər üçün nə qədər vacib olduğunu da bildirib: "Turan Tovuz"la oyunun şəmkirlilər üçün nə qədər vacib olduğunu bilirik. Onlar bizdən qələbə gözləyəcək. Qalib gəlmək və azarkeşlərimizi sevindirmək istəyirik. Eyni zamanda komandamızın qarşısına qoyduğu əsas vəzifə Premyer Liqaya yüksəlməkdir. Ona görə də, qazanacağımız hər xal bizim üçün əhəmiyyətlidir".

 

Xəbər xətti