"Qarabağ"da ciddi itki: Millinin üzvü 1 aylıq sıradan çıxdı

13:26 - 2 Oktyabr 2016

"Qarabağ"ın və milli komandamızın futbolçusu Əfran İsmayılov bir müddət yaşıl meydanlardan uzaq qalacaq.

 

Sportal.az xəbər verir ki, "Fiorentina" ilə oyunda zədələnən İsmayılov oktyabrın 8-də Norveçlə oyuna çağırılmayacaq. 

 

Futbolçunun arxa əzələsinin yırtıldığı müəyyənləşib. Bu səbəbdən Əfran İsmayılov azı 1 ay "Qarabağ"a kömək edə bilməyəcək.

Xəbər xətti