Azərbaycan Premyer Liqasının 7-ci turunda “Qəbələ”yə 0:2 hesabı ilə uduzan “Qarabağ”ın qolkiperi Boyan Şaranov matçla bağlı fikirlərini açıqlayıb.
Sportal.az-a açıqlama verən çərçivə qoruyucusu bunları deyib:
“Əvvəlcə “Qəbələ”ni təbrik edirəm. İlk hissədə çox pis oynadıq. Rəqib isə 2 erkən qol vurdu. İkinci hissədə özümüzə gəldik. Lakin qol vura bilmədik. “Fiorentina” məğlubiyyətindən sonra yorğun idik. Amma “Qəbələ”yə uduzmaq üçün yorğunluq səbəb deyil”.
Təcrübəli qapıçı “Qəbələ”nin vurduğu ilk qoldakı səhvini etiraf edib: “Əlbəttə ki, ilk qolda səhvim var idi. Daha yaxşı oynaya bilərdim”.
saytlarin hazirlanmasi