Milli komandaların oyunları ilə əlaqədar Premyer Liqada yaranmış fasilə ilə əlaqədar 2 günlük istirahətə buraxılan "Qarabağ" məşqləri bərpa edir.
Sportal.az xəbər verir ki, Ağdam təmsilçisinin kollektivi sabahdan etibarən bir araya gələcək. "Atlılar" klubun bazasında toplanaraq Premyer Liqanın VIII turunda qarşılacağı "Sumqayıt"la matçın hazırlıqlarına start verəcək.