AFFA I Divizion klublarını cərimələdi

12:52 - 7 Oktyabr 2016

AFFA İntizam Komitəsinin iclası keçirilib.

 

Sportal.az xəbər verir ki, bu gün keçirilən iclasda aşağıdakı qərarlar qəbul olunub:

 

Birinci divizionun 5-ci turunun "Qaradağ Lökbatan" - "Şərurspor" matçında "Şərurspor"un 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.

 

Birinci divizionun 5-ci turunun MOİK - "Şahdağ" matçında "Şahdağ"ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.


Oyunun 70-ci dəqiqəsində "Şahdağ"ın futbolçusu Viqar Əlibabayev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 20 manat cərimə olunub.

 

Birinci divizionun 5-ci turunun "Energetik" - "Səbail" matçında "Energetik" və "Səbail"in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 80 manat cərimə olunub. Oyunun 54-cü dəqiqəsində "Energetik"in futbolçusu Kamran Lalayev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 20 manat cərimə olunub.

 

Birinci divizionun 5-ci turunun "Şəmkir" - "Turan Tovuz" matçında qonaqların 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub. "Şəmkir"in azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyi üçün klub 80 manat cərimə olunub.

 

Birinci divizionun 5-ci turunun "Bakılı" - "Zaqatala" matçında "Bakılı" oyunda təhlükəsizliyi tam təmin etmədiyinə görə klub 400 manat cərimə olunub.

 

Xəbər xətti