Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Sportal.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Birinci Divizionun 6-cı turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
“Turan-Tovuz” – “Səbail” matçında “Səbail”in 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.
“Şəmkir” – “Bakılı” matçının 89-cu dəqiqəsində “Bakılı”nın futbolçusu Vüsal Nağıyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub.
“Şərurspor” – “Göyəzən” matçının 25-ci dəqiqəsində “Göyəzən”in futbolçusu Asim Babazadə hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 4 oyunluq cəzalanıb, klubu 320 manat cərimə olunub.
“Şahdağ” – “Qaradağ Lökbatan” matçında Şahdağ”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.
saytlarin hazirlanmasi