"Böyükağa Hacıyev "Qaradağ Lökbatan"a gəlsə, onu akula saymayacam"

19:51 - 11 Oktyabr 2016

Əfqan Talıbovun "Qaradağ Lökbatan"dan istefa verməsi barədə məlumatı diqqətinizə çatdırmışdıq.

 

Təcrübəli mütəxəssis məsələ ilə bağlı Sportal.az-a açıqlama verib. Əfqan Talıbov onun yerinə baş məşqçi postuna Böyükağa Hacıyevin gətiriləcəyi ilə bağlı iddialar barədə də danışıb:

 

"Bilmirəm bu barədə, ola bilər, amma Böyükağa Hacıyev həmişə deyir ki, mən akulayam, mənimki qlobal işlərdir. Mən tarix yazmış adamam. Əgər "Qaradağ Lökbatan"a gəlmək fikri olsaydı, mənə deyərdi ki, çəkil ordan, mən gəlirəm. Onun "Qaradağ Lökbatan"a gəlməsi "2x2"-dir. Mən inanmıram ki, Böyükağa müəllim mənə "torba tiksin", amma baş məşqçi postuna gələrsə, o zaman inanaram. Əgər "Qaradağ Lökbatan"a gəlsə, onu akula saymayacam. Belə gəlmək olmaz axı".

Xəbər xətti