10 ilin ən yaxşısı: "Qarabağ"

14:41 - 17 Oktyabr 2016

“Qarabağ” Azərbaycan Premyer Liqada ardıcıl 13-cü ev qələbəsini qazanıb. 

 

Sportal.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, bu, son 10 ildə Azərbaycan çempionatlarında qeydə alınan ən uzun seriyadır. Sonuncu belə seriya “İnter”ə məxsus olub. “Bankirlər”in 14 qələbədən ibarət qələbələrinə 2006-cı fevralında son qoyulub.

 

Son 10 ilin rekorduna imza atan Qurban Qurbanovun komandası Azərbaycan Premyer Liqanın VIII turunda “Sumqayıt”ı 3 cavabsız qolla məğlub edərək, mövsümdə 4-cü dəfə qonaqları quru hesabla üstələyib. Ağdamlılar ardıcıl 3-cü çempionluğunu bayram etdiyi ötən mövsümün son 9 ev matçında da rəqiblərinə xal verməmişdi. 2016-cl ildə evdə keçirdiyi 13 matçın hamısında qalib gələn  “Qarabağ”ın öz meydanındakı son xal itkisi “Qəbələ” ilə matça təsadüf edib. Bu matç 2015-ci il dekabrın 19-na təsadüf edib və 1:1 hesabı ilə başa çatıb.

 

Qeyd edək ki, “Qarabağ” ardıcıl evdə qazandığı 13 matçın son 9-da qapısını da toxunulmaz saxlayıb. Yəni əyalət klubu 9 matçdır qonaqlara nə xal, nə qol sevinci yaşadır.

Xəbər xətti