"Qarabağ" UEFA-nın reytinq cədvəlində 5 pillə irəlilədi

16:16 - 21 Oktyabr 2016

UEFA-nın yeni reytinq siyahısı açıqlanıb.

 

Sportal.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsinin III turunun oyunlarından sonra siyahıda dəyişikliklər olub. Siyahıda Azərbaycan klubları arasında ən yaxşı göstərici “Qarabağ”a məxsusdur. PAOK-u 2:0 hesabı ilə məğlub edən Ağdam təmsilçisi 5 pillə irəliləyərək 15,980 xalla 110-ci yerə yüksəlib.

 

Paytaxtın “Neftçi” klubu 3 pillə geriləyib. "Ağ-qaralar" 9,700 xalla 159-cu pillədədir. Avropa Liqasının qrup mərhələsində səfərdə “Sent Etyen”ə 0:1 hesabı ilə uduzan “Qəbələ” 2 pillə geriləyib. Aktivində 7,700 xal olan "qırmızı-qaralar" 181-ci yərdə qəraraşıb.

 
Paytaxtın digər klubu “İnter” isə 5,950 xalla 220-ci, “Xəzər Lənkəran” 4.450 xalla 280-cı, “Kəpəz” 3,950 xalla 301-ci, “Bakı” 3,700 xalla 309-cu yerdə qərarlaşıblar.

 

453 klubun yer aldığı siyahıya 150,343 xalla “Rea” (Madrid) başçılıq edir. “Bavariya” 139,213 xalla 2-ci, “Barselona” 136,343 xalla 3-cü pillədədir.


Qeyd edək ki, reytinq cədvəli klubların avrokuboklarda son beş mövsümdəki nəticələrinə əsasən hazırlanıb

Xəbər xətti