Azərbaycan Premyer Liqasının IX turunda “Qarabağ” “Neftçi”nin qonağı olub
Sportal.az xəbər verir ki, oyun qonaqların qalibiyyəti ilə yekunlaşıb – 2:0. Matçdan sonra mətbuat konfransında iştirak edən “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:
“Çox vacib qələbə qazandıq. Turun son oyun idi. Futbolçular çox çalışdılar. Hər tur oynumuzu daha da yaxşılaşdırmaq istəyirik. Vacib qələbə qazandıq, futbolçularımızın da nizam-intizamı məni razı saldı. “Neftçi” komandasına da uğurlar arzu edirəm. Bizim üçün heç də asan olmadı. Rəqib tam fərqli sistemdə oynadı və diqqətli oldu. Müdafiədə boşluqlara çox yer vermədilər. Son qolu saymasaq da, olar. Ümumən oyun nizam-intizamı əvvəlkilərdən fərqli idi. Hiss olunur ki, bizi çox yaxşı analiz ediblər. “Neftçi”ni biz hamımız çox istəyirik. Bu sistemdə daha çox çalışsalar, rəqiblər üçün heç də asan olmayacaq.
- “Qarabağ”ın futbolçusu bir azarkeşi vursaydı hansı tədbir görərdiz?
- Heç birimiz üçün xoş deyil, amma dünya futbolunda belə hallar var. Azarkeşi də başa düşmək olar, elə futbolçunu da. Azarkeşin keçirdiyi hissi futbolçu da keçirir. Onlarında psixoloji durumu yaxşı deyil. Bir olmalıdılar və birlikdə mübarizə aparmalıdılar. Arzulamıram ki, bizdə belə hal olsun. Düşünürəm ki, hər bir oyunçu haqda rəhbərlik tədbir görür. Komandanın yanında olmaq lazımdı.
- Sizin komandada yorğunluq vardımı?
- Son vaxtlar belə problemimiz olmayıb. Əvvəllər belə hallar çox olurdu. 3-4 gündən bir oynamaq çətindi deyə şikayətlər olurdu. Nəzərə almaq lazımdı ki, ümumiyyətcə dünya futbolunda avrokubkolarda futbolçu daha çox yorulur. Bu mərhələ çox stresslidi. Yurgen Kloppun yanında olanda ilk olaraq o mənə bunu dedi. Avrokuboklardan sonra çempionatda problemlər olur və zədə ehtimalı da çoxalır. Mən də bəzən istirahət verirəm.
- Legionerlərə "Qarabağ" ruhunu danışmaq üçün nələr edirsiz?
- Yeni futbolçu gələn kimi bilir ki, bu komandada oynamaq necə məsuliyyətlidi. Bura gələn hər bir futbolçu hiss etməlidi ki, azərbaycan futbolu üçün ən yaxşısını etməlidilər. Digər tərəfdən onlara informasiyalar verirlir. Özləri də maraqlanırlar.
- Miçel və Reynaldo durumu nə yedədi?
- Deyə bilmərəm. Çətin görünür, amma bir xeyli vaxt var. Dünənməşqə başlayıblar. Cavab verə bilmərəm.
saytlarin hazirlanmasi