"Qarabağ"da məcburi ayrılıq

10:42 - 26 Oktyabr 2016

"Qarabağ"ın fiziki hazırlıq üzrə məşqçisi Çudomir Çakarov Ağdam klubundan ayrılıb.
 
Sportal.az xəbər verir ki, buna səbəb məşqçinin səhhətindəki problemlər olub. Məlumatı klubun baş məşqçisi Qurban Qurbanov da təsdiqləyib:

 

“Çakarov səhhətindəki problemlərə görə bizdən ayrılıb, çünki istirahətə ehtiyacı var. Ancaq lazım gəldikdə onunla məsləhətləşirik”.

 

Qeyd edək ki, Çakarov ötən il eyni səbəbdən bir müddət "Qarabağ”dan ayrı düşmüşdü, ancaq bir müddət sonra yenidən komandaya qayıtmışdı. Onu da nəzərinizə çatdıraq ki, bolqarıstanlı məşqçi xərçəng xəstəliyindən əziyyət çəkir. 

Xəbər xətti