Premyer Liqanın 10-cu turu çərçivəsində "Qarabağ" səfərdə AZAL-ın qonağı olub. Qarşılaşma Ağdam təmsilçisinin 1 - 0 hesablı qələbəsi ilə başa çatıb. Matçdan sonra "Qarabağ"ın futbolçusu Qara Qarayev Sportal.az-a açıqlama verib.
“Ağır oyun oldu. İstəyirdik ki, xal itirməyək. Meydan amili də oyunumuza təsir etdi, ürəkaçan deyildi. Komandamızda yorğunluq yoxdur. Oyunumuzun belə alınmasını yalnız stadion amili ilə əlaqələndirərdim”.
Qara Qarayev “Qarabağ”ın PAOK-la səfər oyunu haqda da danışıb:
“Məğlubiyyətsiz dönsək, bu, uğurlu sayılmalıdır. Bilirik ki, PAOK azarkeşləri çılğın olur və biz buna hazırıq”.
saytlarin hazirlanmasi