"Qarabağ" bu gün Yunanıstana yollanır

13:47 - 1 Noyabr 2016

Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda PAOK-la qarşılaşacaq "Qarabağ" bu gün Yunanıstana yola düşəcək.

 

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi saat 19:00-da Bakı - Saloniki reysi ilə səfərə yollanacaq və yerli vaxtla 21:30-da Yunanıstanda olacağı ehtimal olunur.

 

Komandanın baş məşqçisi Qurban Qurbanov sabah yerli vaxtla saat 19:00-da jurnalistlərin suallarını cavablandıracaq. "Qarabağ" oyunöncəsi son məşqini isə sabah yerli vaxtla 19:30-da qarşılaşmanın keçiriləcəyi stadionda edəcək.

Xəbər xətti