"Qarabağ" Yunanıstanda məşqə çıxdı FOTOLAR

00:27 - 3 Noyabr 2016

UEFA Avropa Liqasının qrup mərhələsinin IV turunda "Qarabağ" sabah səfərdə Yunanıstan PAOK-unun qonağı olacaq.

 

Sportal.az xəbər verir ki, Ağdam klubu bu gün yerli saatla 19:30-da qarşılaşmanln keçiriləcəyi "Tumba" stadionunda oyunöncəsi son məşqinə çıxıb. Məşq təxminən 1 saat davam edib.

 

Qeyd edək ki, PAOK - "Qarabağ" matçı sabah Bakı vaxtı ilə saat 00:05-də start götürəcək.

 

 

 

 

 

Xəbər xətti