"Qarabağ" Avropa Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində sabah Yunanıstanda PAOK-un qonağı olacaq.
Sportal.az xəbər verir ki, matçdan öncə keçirilən mətbuat konfransında Ağdam klubunun müdafiəçisi Ansi Aqolli də fikirlərini bildirib. Albaniyalı futbolçu onları çətin oyun gözlədiyini söyləyib:
"Əlbəttə, çətin oyun olacaq. Artıq rəqiblə bir oyuna çıxmışıq. Güclü azarkeş dəstəyi olacaq. Hamı belə atmosferdə oynamaq istəyər. Xüsusi bir tapşırıq yoxdu. Maksim də, mən də ancaq komandaya kömək etmək barədə düşünürük. Məşqçimizin verdiyi tapşırıqları tam yerinə yetirməyə çalışacağıq".
saytlarin hazirlanmasi