Migel Madera: "Yunanıstanda yaxşı xatirələrim olub"

10:59 - 4 Noyabr 2016

"PAOK-a qarşı iki çətin oyun keçirdik. Zədəmə görə ilk oyunda iştirak etməmişdim".

 

Sportal.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın yeganə qolunun müəllifi olan Migel Madera PAOK-la oyundan (1:0) sonra deyib.
 

Təcrübəli futbolçu növbəti mərhələ şanslarından danışıb:

 

“Bu matçda qələbə bizə çox vacib idi. Qrupda bizi iki çətin oyun gözləyir. PAOK-un və bizim şanslarımız davam edir. Əlimizdən gələni edəcəyik ki, növbəti mərhələyə vəsiqə əldə edək”.

 

Miçel Yunanıstanın AEK klubunda çıxış etməsinə də toxunub:

 

“2011-ci ildə AEK-də icarə əsasında çıxış etmişdim. Yunanıstanda yaxşı xatirələrim olub. Burada yaxşı oyunlar keçirmişəm, gözəl qələbələr qazanmışdıq. Hazırda “Qarabağ”da çıxış edirəm və klubumda özümü xoşbəxt hiss edirəm”. 

Xəbər xətti