AFFA I Divizion klublarını cəzalandırdı

14:44 - 11 Noyabr 2016

AFFA İntizam Komitəsinin iclası keçirilib.

 

Sportal.az xəbər verir ki, bu gün keçirilən iclasda aşağıdakı qərarlar qəbul olunub:


Birinci divizionun 10-cu turunun “Şahdağ” - “Ağsu” matçında “Şahdağ”ın 4 futbolçusu sarı vərəqəylə cəzalandığı üçün klub 80 manat cərimə olunub.

 

Oyunun 85-ci dəqiqəsində “Şahdağ”ın futbolçusu İqrar Səmədov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

 

Birinci divizionun 10-cu turunun “Turan Tovuz” - “Şərurspor” matçının 44-cü dəqiqəsində “Şərurspor”un futbolçusu Qadir Həşimli sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 20 manat cərimə olunub.

 

Birinci divizionun 10-cu turunun “Mil-Muğan” - MOİK matçında hər iki komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandıqları üçün klublar 80 manat cərimə olunub.

 

Xəbər xətti