MOİK-in futbolçusundan qeyri-etik hərəkət VİDEO

01:28 - 18 Noyabr 2016

Azərbaycan çempionatının I divizionun XII turu çərçivəsində keçirilən MOİK - "Qaradağ Lökbatan” matçının ilk hissəsində xoşagəlməz anlar yaşanıb.

 

Sportal.az xəbər verir ki, matçın 36-cı dəqiqəsində "hərbçilər"in futbolçusu Məhəmməd Bədəlbəyli komanda yoldaşı Hüseyn Axundova orta barmaq işarəsi göstərib.
 
"Bayıl Arena"da keçirilən qarşılaşma "CBC Sport" telekanalı tərəfindən yayımlandığından, onun bu qeyri-etik jesti kameralardan yayınmayıb. 2:2 hesabı ilə başa çatan qarşılaşmada qeydə alınan biabırçı anı təqdim edirik:

 

Xəbər xətti