Birinci divizionda çıxış edən “Şahdağ”da baş məşqçi istefası reallaşıb.
Sportal.az xəbər verir ki, Qusar klubu Adil Mahmudovu tutduğu postdan uzaqlaşdırıb. Buna səbəb komandanın uğursuz çıxışı olub.
Birinci divizionun dünən 12-ci tur çərçivəsində “Turan Tovuz”a 0:1 hesablı məğlubiyyətdən sonra Mahmudovla yollar ayrılıb.
“Şahdağ” hazırda 1-ci divizionda 12 xalla 12-ci pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi