Azərbaycan I divizionunda mübarizə aparan “Şahdağ” klubunun baş məşqçisi Adil Mahmudovun istefa verdiyi haqda məlumat vermişdik.
Sportal.az xəbər verir ki, Qusar klubunun yeni baş məşqçisi komandanın oyunçusu Kamran Nurəhmədov olub. O, qışa qədər “Şahdağ”ı çalışdıracaq. Nurəhmədov oynayan məşqçi olacaq.
Qeyd edək ki, 49 yaşlı Nurəhmədov Azərbaycan çempionatları tarixində oynayan ən yaşlı futbolçudur.
saytlarin hazirlanmasi