Migel Madera: "Asan olmayacaq"

00:00 - 24 Noyabr 2016

Avropa Liqasının qrup mərhələsinin V turunda "Slovan"la qarşılaşacaq "Qarabağ"ın futbolçusu Miçel Madera qarşılaşmadan bir gün öncə təşkil edilmiş mətbuat konfransında çıxış edib.

 

Sportal.az-ın Liberetsə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, ispaniyalı yarımmüdafiəçi oyunla bağlı bunları deyib:
 
"Həm bizim, həm də rəqib üçün çətin oyun olacaq. Qələbə qazanıb, növbəti mərhələ üçün yaxşı addım atmağı düşünürük. Amma bu, asan olmayacaq. Bakıdakı oyunda istədiyimiz nəticə qazana bilməmişdik. Ancaq ümid edirik ki, istədiyimiz nəticə qazanacağıq. "Slovan" bizə qarşı dinamik oynayacaq. Oyunda daha diqqətli olmalıyıq. Nəticə qazanmaq üçün bu, çox vacibdi.  Meydançanın durumu ilə bağlı fikrim isə müsbətdi".

Xəbər xətti