"Qarabağ" qrupdan necə çıxa bilər?

12:12 - 25 Noyabr 2016

Avropa Liqasının qrup mərhələsinin V turunda səfərdə “Slovan”a uduzan “Qarabağ”ın qrupdan çıxmaq şansları var.

 

Sportal.az xəbər verir ki, növbəti turda "Fiorentina"nı qəbul edəcək "Qarabağ" qalib gəlsə, digər oyunun nəticəsindən asılı olmayaraq 1/16 final mərhələsinə yüksələcək.

 

Ağdam təmsilçisi heç-heçə nəticəsində də qrupdan çıxa bilər. Bunun üçün PAOK - "Slovan" oyunu ya bərabərliklə bitməli, ya da Liberets təmsilçisi qalib gəlməlidir.

 

PAOK-la "Qarabağ" son turda məğlub olsa, qrupdan "Fiorentina və "Slovan" növbəti mərhələyə yüksələcək.

 

1    “Fiorentina”     5    3    1    1    13-5    10
2    “Qarabağ”    5    2    1    2    6-10    7
3    PAOK    5    2    2    1    5-6    7
4    “Slovan”    5    1    1    3    7-10    4

Xəbər xətti