Danışılmış oyunlarla bağlı adları "qara siyahı”ya düşən futbolçulardan "Energetik”in üzvü, Elvin Əlizadə açıqlama verib.
Sportal.az xəbər verir ki, "Futbol+" qəzetinə danışan oyunçu bunları bildirib:
"Bunun nə olduğunu anlaya bilmirəm. Başım çıxmır. Mən məşqdən sonra gündəlik 5 manata çayxanada işləyən adamam. Bu nə hoqqadı, adımı hallandırırlar? Başqa komandaya getmək istəyirdim. Amma bu qara ləkədən sonra kimdi məni götürən? Sadəcə, heyrət içindəyəm. Böyük biabırçılıqdı. Oyuna çıxanda meydanda canımı qoyuram. AFFA ilə klub rəhbərliyi danışır. Özüm də istəyirəm gedim ora. Görək başımıza nə gəlir”.
Qeyd edək ki, bir müddət öncə AFFA danışılmış oyunlarla əlaqəsi olan şəxslərin adlarını açıqlayıb.
saytlarin hazirlanmasi