Premyer Liqanınn 13-cü turunun son matçında “Qarabağ” “Qəbələ”ni 2 – 1 hesabı ilə məğlub edib.
Sportal.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:
- Maraqlı oyun oldu. Çox vacib matç idi bizim üçün. Komandamı təbrik edirəm. “Qəbələ”ylə həmişə yaxşı münasibətimiz olub. Onlara uğurlar arzu edirəm.
- Şahruddin Məhəmmədəliyev etdiyi jestlərə görə cəzalanacaq?
-Mən görməmişəm. Əgər olubsa, mütləq cəzalanacaq. Mənim komandamda belə bir şey ola bilməz.
- Roman Qriqorçuk hakimlikdən narazıdı. Siz hakimlikdən razı qaldız?
- Mən hakim haqda danışmıram heç vaxt. Belə oyunları idarə etmək asan deyil. Konkret epizodları soruşsaz, fikrimi deyərəm.
- Rəqib komanda cərimə zərbəsini yerinə yetirəndə düşünürdüz ki, hakim oyunu bitirəcək?
- Həmin an mən istəyərdim ki, oyun bitsin. 10 nəfərlə qalmışdıq. Top oyunda olduğuna görə hakim oyunu bitirmədi.
- Riçard Almeyda qırmızı vərəqə aldıqdan sonra meydandan çıxmamışdı. Qol sevincini bölüşərkən onu orda gördükdə təəccüblənmədiz?
- Orda ara qarışmışdı. Mən fikir vermədim heç kəsə.
- Buraxdığınız qolda kimi səhvi var idi?
- Sehiçlə Elvin Yunuszadə bir birinə arxayın oldular.
- Yaş limitinin təsiri var?
- Tək bizdə yox, bütün komandalarda hiss olunur. Rəqibə görə bu dəyişir. Elə oyun olur ki, Coşqun Diniyevi oyuna buraxıram, elə vaxt olur ki, Namiq Ələsgərovu. Bu gün də Mahirə şans vermişdim.
- Oyun istədiyiniz kimi alındı?
- İlk hissəyə istədiyimiz kimi başladıq. İkinci hissədə “Qəbələ” təzyiqi artırdı. Bir səhvdən qol buraxdıq. Ümumi 90 dəqiqəni götürsək oyunumuzun alındığını düşünürəm.
- Mətbuat konfransına gələndə qəzəbli idiz. İndi isə gülürsüz. Səbəbi nədir?
- Siz mənim mimikalarıma niyə fikir verirsiz? (gülür) Sizin suallarınızdan sonra mimikam dəyişdi.
- Arif Daşdəmirovun oynamamsı “Slovan”la oyundakı səhvləri ilə bağlıdı?
- Həmin oyunda müdafiəçilər hamısı səhvlər etmişdi. Əgər o oyundakı səhvləri nəzərə alsaq, bütün müdafiəçiləri dəyişərdim.
-“Fiorentina”yla çətin oyun var və müdafiədə itkilər var. Elvin Ynuszadə həmin oyuna hazırdı?
- “Fiorentina”yla matça hələ vaxt var. Rəşad da fərdi məşqlərə başlayıb. Onun da oynama ehtimalı var. Amma hələ nəsə demək olmaz. İtkilər problem yaradacaq.
- Qara Qarayevin ehtiyatda olmasının səbəbi nə idi?
- Konkret bir səbəb yoxdu. Bu gün belə etdik. Növbəti oyunlarda Qara meydanda olacaq.
saytlarin hazirlanmasi