"Qarabağ" Premyer Liqanın 13-cü turunda "Qəbələ"ni 2:1 hesabı ilə məğlub edib.
Sportal.az xəbər verir ki, Ağdam klubunun heyətində 1 futbolçu sarı vərəqə limiti doldurub. Komandanın müdafiəçisi Maksim Medvedev cari mövsümdə 4-cü dəfə sarı vərəqə ilə cəzalandığı üçün 14-cü turda "İnter"ə qarşı oynamayacaq.
Bundan əlavə, "qırmızı-qaralar"la matçda qırmızı vərəqə alan Riçard Almeyda da komandasına kömək etməyəcək.