"Qarabağ"ın uğurlu seriyası davam edir

11:36 - 30 Noyabr 2016

"Qarabağ" Premyer Liqanın 13-cü turunda "Qəbələ"ni 2:1 hesabı ilə məğlub edib.

 

Sportal.az xəbər verir ki, Ağdam təmsilçisi bu qələbə sayəsində ev oyunlarında ardıcıl 15-ci qələbəsini əldə edib. “Qarabağ”ın öz meydanındakı son xal itkisi 2015-ci il dekabrın 19-na təsadüf edib. Həmin gün əyalət klubu “Qəbələ” ilə heç-heçə edib – 1:1.
 
2015-ci fevralın 28-də “Qəbələ”yə 0:1 hesabı ilə uduzan ağdamlılar 28 oyundur evdə məğlubiyyət acısı yaşamır.

 

Bundan əlavə, 10 oyun idi ki, doğma meydanda keçirdiyi oyunlarda qol buraxmayan "Qarabağ"ın tarixinin ən uğurlu seriyası Filip Ozobiçin qolundan sonra qırılıb. Qurban Qurbanovun yetirmələri martın 30-da keçirilən “Rəvan”la matçdan (5:1) sonra qonaqlara qol sevinci yaşatmırdı.

 

Xəbər xətti