Avropa Liqasının qrup mərhələsinin VI turunda “Qarabağ” "Fiorentina"nı qəbul edəcək.
Sportal.az xəbər verir ki, Ağdam təmsilçisi "bənövşəyilər"ə qalib gəlsə, digər oyunun nəticəsindən asılı olmayaraq 1/16 final mərhələsinə yüksələcək.
"Qarabağ" heç-heçə nəticəsində də qrupdan çıxa bilər. Bunun üçün PAOK - "Slovan" oyunu ya bərabərliklə bitməli, ya da Liberets təmsilçisi qalib gəlməlidir.
PAOK-la "Qarabağ" son turda məğlub olsa, qrupdan "Fiorentina və "Slovan" növbəti mərhələyə yüksələcək.
1 “Fiorentina” 5 3 1 1 13-5 10
2 “Qarabağ” 5 2 1 2 6-10 7
3 PAOK 5 2 2 1 5-6 7
4 “Slovan” 5 1 1 3 7-10 4
saytlarin hazirlanmasi