Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində "Qarabağ" doğma meydanda "Sumqayıt"ı 6 - 0 hesabıyla məğlub edib.
Sportal.az xəbər verir ki, qarşılaşmadan sonra keçirilən mətbuat konfransında Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:
“Hər birinizi salamlayıram. İlk oyun üçün yaxşı hesab oldu. Futbolçularımı təbrik edirəm. Hər birinin oyunundan razı qaldım. “Sumqayıt”a uğurlar arzu edirəm”.
- "Qarabağ"ın "Beşiktaş"la yoldaşlıq oyunu keçirəcəyi söylənilir...
- Belə söhbət var. Bizimlə əməkdaşlıq etmək istəyirlər. Danışıqlar gedir. Amma konkretləşməyib. Bizimlə Bakıda oynamaq istəyirlər. “Beşiktaş”ın rəsmiləri paytaxtımıza gələcək və məsələ dəqiqləşəcək.
- Cavab oyununda oynamayan futbolçulara şans veriləcək?
- Çox güman ki, belə ola bilər. Ancaq hələ ona çox vaxt var və vəziyyət də dəyişə bilər.
saytlarin hazirlanmasi