AFFA yanvar ayında "Qarabağ"ın braziliyalı oyunçusu Riçard Almeydanı milli komandaya cәlb etmәk üçün onunla görüşәcәk.
Sportal.az xəbər verir ki bu mәlumatı "Qafqazinfo"ya federasiyanın baş katibi Elxan Mәmmәdov verib.
O bildirib ki, “Qarabağ”ın braziliyalı futbolçusu ilə yanvarda görüş olacaq. Həmin görüşdə AFFA rəsmiləri Almeydanın Azərbaycan yığmasında oynamaq məsələsini yekun olaraq müzakirə dəcəklər:
“Bildiyiniz kimi, Almeyda artıq 4 il yarımdı ki, Azərbaycandadı. Gələn ilin iyununda onun ölkəmizdə 5 ili tamam olacaq. Yanvardakı görüş zamanı Riçarda millimizdə oynamağı təklif edəcəyik. Əgər razılıq əldə olunsa, Almeyda iyun ayından etibarən Azərbaycan yığmasının formasını geyinəcək”.
Elxan Məmmədov söhbət əsnasında Almeydanın ilkin razılığını aldıqlarını bildirib.
saytlarin hazirlanmasi