"Qarabağ"da plan dəyişildi: "Neftçi"nin qənimi ilə qarşılaşacaq

16:11 - 4 Yanvar 2017

"Qarabağ" sabahdan etibarən Türkiyənin Antalya şəhərində qış təlim-məşq toplanışına start verəcək. Komanda təlim-məşq toplanışında ilk yoxlama oyununu yanvarın 15-də keçirəcək.

 

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisinin ilk yoxlama oyununda Türkmənistanın "Aşqabad" klubu ilə qarşılaşacağı planlaşdırılsa da, Türkmənistan klubunun Antalyaya gələcəyi sual altına düşüb. Bu səbəbdən "Qarabağ" yanvarın 15-i Albaniyanın ən titullu klublarından biri olan "Şkenderbeu" ilə qarşılaşacaq.

 

Xatırladaq ki, “Skenderbeu” 2013-cü ildə “Neftçi”ni Çempionlar Liqasında mübarizədən kənarlaşdırıb.

Xəbər xətti