"Qarabağ" fitnesdə başladı FOTOLAR

19:33 - 5 Yanvar 2017

Bu gün qış təlim-məşq toplanışı üçün Antalyaya yollanan "Qarabağ"ın otelə yerləşdiyi və istirahətə çəkildiyi barədə məlumat vermişdik.

 

Sportal.az xəbər verir ki, Ağdam təmsilçisi bu gündən etibarən məşqlərə start verib. İlk hazırlıq fitnes zalında baş tutub. Komanda yüngül trenajor məşqləri ilə kifayətlənib.

 

Qeyd edək ki, əvəzedici heyətin 4 gənc üzvü - Elgün Uluxanov, İbrahim Aslanlı, Elçin Rəhimli və Eltun Turabov da təlim-məşq toplanışında iştirak edir.

 

 

 

Xəbər xətti